Maraqlı

Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

25 Fevral 2020 07:51
0 Şərh     Baxış: 632
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Google" şirkəti Seulda "bulud" regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk, Asiya-Sakit okean regionu üçün səkkizinci "bulud" regionudur. Hazırda qlobal "Google Cloud" "bulud" şəbəkəsi 16 ölkədə 21 region və 64 zonanı əhatə edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, üç zonanın daxil olduğu yeni region Cənubi Koreyanın robot texnikası, süni intellekt, eləcə də onlayn oyunlar sahəsində layihələrin icrası üçün "bulud" servislərindən istifadə imkanını genişləndirəcək.

Bildirilir ki, istehlakçılara "Google Kubernetes Engine", "Bigtable", "Spanner" və "BigQuery" kimi ənənəvi alətlər dəsti təklif olunur. "Google" şirkətinin yerli müştəri bazasına "Samsung", "LG Electronics" və "SK Telecom", eləcə də mobil oyunların hazırlanması üzrə "Netmarble" və "SundayToz" şirkətləri daxildir.

Qeyd edək ki, "Google" şirkəti Asiya-Sakit okean regionunda Sinqapur, Mumbay, Tokio, Osaka, Tayvan, Sidney və Honkonqda "bulud" regionlarına malikdir. Yaxın vaxtlarda Cakartada (İndoneziya) daha bir "bulud" regionunun açılışı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.