Maraqlı

Yeni bilərzik istifadəçinin ətrafındakı mikrofonların səsini batırır

20 Fevral 2020 08:51
0 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çikaqo Universitetinin alimləri istifadəçinin ətrafındakı mikrofonların səsini batıran yeni bilərzik təqdim ediblər. Tədqiqatçılar hesab edirlər ki, ucuz qurğu şəxsi danışıqların məxfiliyini saxlamağa imkan verəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "indiki reallıqda istənilən insanın səsini yazmaq çox asandır - layihə üzərində işləmiş Çikaqo Universitetinin dosenti Pedro Lopes deyib. İnsanın ətrafında səs yazan qurğular getdikcə artacaq, bu baxımdan sözügedən bilərzik şəxsi məlumatlara edilən hücumlara qarşı faydalı müdafiə alətidir. Hələ ki onu yalnız müvəqqəti istifadə etmək olar - məxfi nəsə demək istədikdə bilərziyi aktivləşdirmək lazımdır. Bu zaman qurğu istifadəçinin ətrafındakı bütün mikrofonların səsini batıracaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.