Maraqlı

Yeni iPhone-larda 5G antena modulu olacaq

20 Fevral 2020 08:21
0 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxsaylı şayiələrə görə, "Apple" cari ildə "Snapdragon X55" modemi əsasında işləyən və beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən ilk smartfonlarını təqdim edəcək. Ancaq "Fast Company" şirkətinin yeni məlumatlarına əsasən, "Apple" korporasiyası "Qualcomm"un mövcud həllinin əvəzinə, öz antena modulundan istifadə etmək niyyətindədir. Bu, yarımkeçirici nəhəngdən asılılığı azaltmaq istəyi ilə bağlıdır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, problem "Qualcomm QTM525" (mmWave) "5G" antenasının ölçüsü ilə bağlıdır. Belə ki, növbəti nəsil "iPhone" modellərinin incə korpusu üçün çox qalındır. Buna görə "Apple" şirkəti smartfonlarının dizaynına uyğun gələn antena modulunu özü hazırlayır. Ancaq hələ ki qəti qərar qəbul edilməyib, şirkət indi hər iki konstruksiya variantını nəzərdən keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.