Maraqlı

Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər

20 Fevral 2020 08:01
0 Şərh     Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni nəsil elastik robotlara olduqları yeri toxunuşla hiss edərək müəyyənləşdirməyi öyrədiblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mühəndislərin sözlərinə görə, ənənəvi avtomatik idarəetmə metodları robotları əks-əlaqə ilə təmin edən bir neçə hərəkəti müəyyənləşdirmə kamera sistemləri üzərində qurulub. Bu, mexanizmə məkanda istiqaməti müəyyənləşdirməyə imkan verir. Elastik robotlarda isə bu bir qədər fərqlidir.

Uzun müddət tədqiqat qrupu elastik modellərə ətrafı "hiss etməyə" imkan verəcək cihaz üçün uyğun material axtarışında olublar. Nəhayət, mütəxəssislərdən biri pyezorezistiv xüsusiyyətlərə malik və elektromaqnit maneələrdən qorunmaq üçün istifadə olunan təbəqələrdən istifadəni təklif edib. Məhz onlardan elastik sensorlar yaratmaq mümkün olub.

Lazımi ölçüləri əldə etmək üçün tədqiqatçılar robotların daha elastik olması üçün müxtəlif naxışlarda keçirici silikon təbəqələrin düzbucaqlı zolaqlarını lazerlə kəsiblər. Nəticədə robotlara ətrafı öyrənməyə imkan verəcək "dəri" əmələ gəlib.

Görülən işlərin qiymətləndirilməsi üçün tədqiqatçılar tərəfindən elastik robotlardan əldə edilən informasiyanı təhlil edən neyron şəbəkə yaradılıb. Nəticələrdən məlum olub ki, robot məkanda təkcə istiqaməti müəyyənləşdirmir, həm də tədqiqatçıların təklif etdiyi şablonlar üzərində öyrənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.