Maraqlı

Ən çox piyada gəzən ölkə sakinləri məlum oldu

19 Fevral 2020 07:14
0 Şərh     Baxış: 1 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər ən çox piyada gəzən ölkə sakinlərini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tədqiqat zamanı mütəxəssislər 111 ölkədən olan 717 min 527 insanın pedometr göstəricilərini analiz edib.

Birinci yerdə Honkonq qərarlaşıb. Burada sakinlər gündə 6880 addım atır. Növbəti yerlərdə Çin (6189), Ukrayna (6170) və Yaponiya (6010) yer alıb.

Ən çox "avtomobilləşdirilmiş" dövlətlərdə - ABŞ və Kanadada insanlar yetərincə piyada gəzir və gündə müvafiq olaraq 4819 və 4774 addım atır.

Ən aşağı göstəricilər Səudiyyə Ərəbistanı və İndoneziyadadır (gündə 3513 addım).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.