Maraqlı

21 yaşlı qızdan İNANILMAZ ADDIM - Dünya bu hadisədən danışır - FOTO

19 Fevral 2020 01:30
0 Şərh     Baxış: 3 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Uhan şəhərində yaşayan Kanada vətəndaşı 21 yaşlı Kristina Şramko ölümcül virus təhlükəsinə baxmayaraq, vətəninə qayıtmaqdan imtina edib.

Milli.Az xəbər verir ki, o, Kanadanın vətəndaşlarını təxliyə etmək üçün Uhan şəhərinə göndərdiyi təyyarəyə minməyib. Bildirilir ki, 21 yaşlı qız pişiyini tərk etməmək üçün belə addım atıb. Pişiklərin təyyarəyə götürülməsinin qadağan olduğunu bilən gənc, özü də laynerə minməkdən imtina edib.

8 ay əvvəl Uhan şəhərinə gələn qız bildirib ki, o, çətin vəziyyətə baxmayaraq, pişiyinə görə Uhan şəhərində qalmağa üstünlük verib. Çox nadir hallarda yalnız ərzaq almaq üçün evi tərk edən xanım, gündəlik yaşadıqlarını yutub kanalı vasitəsiylə paylaşır. Gəncin bu davranışı qohumları tərəfindən birmənalı qarşılanmayıb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.