Maraqlı

"Yahşi cazibe"nin aktyoruna 1 il 7 ay həbs cəzası verildi

5 Fevral 2020 13:29
1 Şərh     Baxış: 1 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur kino ulduzu Gökçe Özyola 1 il 7 ay həbs cəzası verilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, türkiyəli aktyor Gökçe Özyol içkili halda avtomobil idarə etdiyi halda yol polisləri tərəfindən yaxalanıb. Polis ona sadəcə 500 Tl cərimə yazmaq istəsə də, aktyorun keçmişdə həyat yoldaşına zorakılıq tətbiq etdiyi üzə çıxıb. Sərxoş halda avtomobil idarə edən aktyorun bu hərəkətindən sonra məhkəmə qərara gəlib ki, sənətçinin əvvəllər təxirə salınmış cəzası yenidən qüvvəyə minsin. Beləliklə Özyol 1 il 7 ay həbs cəzasına məhkum edilib.

Gökçe Özyol 2013-cü ildə keçmiş həyat yoldaşı Gökçe Aytaç Özyolu döyməsi ittihamı ilə mühakimə olunub. Aktyor 1 il 7 ay həbs cəzasına məhkum edilsə də, ilk cinayətinin olduğu nəzərə alınaraq 5 il müddətinə nəzarət altında saxlanılmasına qərar verilib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.