Maraqlı

Smartfon bazarına səs-küy salacaq kamerafonun təqdimatına sayılı günlər qaldı - Xiaomi Mi 10

5 Fevral 2020 23:20
1 Şərh     Baxış: 2 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xiaomi Mi 10 artıq buradadır".

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu Xiaomi şirkətinin yeni vitse-prezidenti Çanq Çenq Weibo sosial şəbəkəsində paylaşıb.

Bu paylaşım yeni flaqmana həsr olunmuş marketinq kampaniyasının başlanğıcı kimi qəbul edilə bilər.

Məlumata əsasən, yeni qacetlərin koronovirusa görə vaxtı dəyişdirilən təqdimat mərasimi başqa formatda keçiriləcək. Xiaomi Mi 10, Mi 10 Pro, eləcə də Black Shark 3 qaceti 10 fevral tarixində onlayn mətbuat konfransı vasitəsilə təqdim ediləcək.

Qeyd edək ki, şirkətin yeni məhsul meneceri Vanq Tenq Tomas Xiaomi Mi 10 Pro-nu sınaqdan keçirmək üçün "DxOMark" laboratoriyasına göndərildiyi barədə şayiələri təsdiqləyib. Burada smartfonun həm kamera keyfiyyəti, həm də səs imkanları sınaqdan keçiriləcək.

Qacetlərin qiyməti əsas xüsusiyyətləri ilə bərabər təqdimat zamanı elan ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.