Maraqlı

PlayStation 5-in yeni funksiyası: Remastering Engine nədir?

23 Yanvar 2020 08:05
0 Şərh     Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sony, CES 2020 sərgisində PlayStation 5 konsolunu təqdim etmiş, yaxın günlərdə isə parametrləri sızdırılmışdı. Lakin konsolun son görüntüsü hələ də tam rəsmi yayımlanmayıb. Bu gün isə konsolda olan yeni bir funksiyadan yazmaq istədik. "Remastering Engine".

Milli.Az technote.az-a istinadən bildirir ki, Remastering Engine funksiyası PlayStation 5 konsolundə digər konsollar üçün olan köhnə oyunları oynamağa imkan yaradacaq. Yəni PlayStation 3 oyununu PS 5-də rahatlıqla oynayacaqsınız.

HipHopGamer-in doğruluğu yüksək olan mənbələrdən aldığı məlumata görə PlayStation 1-dən başlayaraq PlayStation 4-ə qədər bütün oyunları Playstation 5 konsolunda oynamaq olacaq. Həm də oyunların yenilənmiş hallarını. Hal-hazırda Sony şirkətinin son konsolu PlayStation 4 köhnə oyunları oynamağa imkan vermir. Verilən məlumatlara əsasən, Remastering Engine funksiyası köhnə oyunları 4K-ölçülərə qədər yüksəldə bilər, lakin oyunların tekstura və qrafik paketlərini yaxşılaşdırması mümkün olmayacaq. Hal-hazırda Sony tərtibatçıları PS 5-in Remastering Engine funksiyasını daha yaxşı bir hala gətirmək üçün işləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.