Maraqlı

Piylənmənin səbəbi bu deyilmiş

18 Yanvar 2020 23:10
0 Şərh     Baxış: 2 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Piylənmənin bir çox səbəblərdən yarandığı məlumdur. Artıq çəkinin daha çox irsi amillərlə bağlı olduğu hər zaman müzakirə mövzusu olub. Genetik amilin artıq çəkinin yaranmasında rolunun olduğunu əsas gətirənlər hesab edir ki, nəsildə artıq çəki problemi varsa, bu mütləq özünü büruzə verəcək.

Amma ABŞ alimləri müəyyən ediblər ki, piylənmənin inkişafı genetik meyldən yox , daha çox  həyat tərzindən asılıdır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Miçiqan Universiteti və Massachusetts Xəstəxanası Tədqiqat Mərkəzinin əməkdaşlasrı 25 il ərzində ürək-damar xəstəliklərinin səbəbləri ilə bağlı araşdırma apararaq 2500 amerikalıdan alınan məlumatları təhlil ediblər.

Alimlər, bədən kütləsi indeksindəki dəyişiklikləri izləyib və riyazi modellərdən istifadə edərək hər bir iştirakçı üçün DNA-ya əsaslanaraq köklük riskini qiymətləndiriblər.
 
Nəticədə, ətraf mühit amillərinin (sosial amil də daxil olmaqla) artıq çəki riskinə 80%, genetikanın isə cəmi 13,6% təsir etdiyi təsbit olunub.
 
Bununla yanaşı, alimlər  istisna hal kimi nadir irsi xəstəliklərin də piylənmyə səbəb olduğunu qeyd ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.