Maraqlı

Razer əl boyda Tomahawk masaüstü kompyuteri tanıtdı

11 Yanvar 2020 20:55
0 Şərh     Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Razer sanki yalnız tək bir parçadan meydana gəlirmiş kimi görünən masaüstü Tomahawk kompyuterini CES 2020 sərgisində tanıtdı. Kompyuterin bu qədər kiçik ola bilməsinin arxasında İntel şirkətinin möhtəşəm bir məhsulu yatır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hal-hazırda saysız oyun siçanı, klaviaturası, qulaqlığı və hətta oyun kompyuteri satmaqda olan şirkət, bu günə qədər heç masaüstü kompyuter satışı reallaşdırmamışdı.

Əlbəttə Lenovo və Maingear ilə edilən bəzi ortaqlıqlar nəticəsində Razer imzası daşıyan masaüstü kompyuterlər görmüşdük, ancaq bu kompyuterlərin heç biri Razer şirkətinin tamamilə öz istehsalı deyildi.

Razer Tomahawk adlı bu kompyuterin xüsusiyyəti tamamilə yüksəldilə bilən parçalardan meydana gəlməsidir. Bundan əlavə, kompyuterin kiçik ölçüsünə də toxunmadan keçməyək. Razer Tomahawk sanki tamamilə ekran kartından meydana gəlmiş kimi görünür.

Bəs bu kompyuterin kiçik bir qutuya sığmasını təmin edən nədir? Razer Tomahawk, hazırkı masaüstü kompyuterlərində olmayan bir xüsusiyyətə malikdir. Tomahawk hər hansı bir anakart və ya masaüstü prosessorla birlikdə gəlmir. Bunun yerinə İntel şirkətinin NUC Element təchizatını istifadə edir.

NUC Element təchizatı 45 W Core i9-9980HK prosessora qədər dəstək verən bir quruluşa sahibdir.

Razer şirkətinin şərhlərinə görə İntel Core i7 prosessor, 16 GB RAM, 512 GB SSD və RTX-20 ardıcıllığı bir qrafik kartının olduğu bu cihaz, təxminən 2.300 dollar dəyərində olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.