Maraqlı

FTB Apple-dan iPhone şifrəsinin qırılmasını tələb etdi

11 Yanvar 2020 19:45
0 Şərh     Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FTB Apple-dan Florida ştatında yerləşən Pensacola hava donanmasında 3 insanın həyatının itirilməsində şübhəli bilinən şəxsə aid iPhone şifrələrinin qırılmasını istəyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, FTB texnologiya şirkətinə yazdığı məktubda hücumu törətməkdə şübhəli bilinən və Səudiyyə Ərəbistanı Hava Qüvvələri ilə əlaqəsi olduğu düşünülən 21 yaşlı Məhəmməd Şamranın telefonuna girişin təmin edilməsini istəyib.

Apple-dan edilən şərhdə məhkəmə qərarı ilə bulud sistemindəki məlumatların təhlükəsizlik strukturları ilə paylaşma qərarının, həmçinin istifadəçilərin telefonlarına yüklənmiş məlumatlara Apple-ın girişinin olmadığı bildirilib.

Xatırladaq ki, FTB 2014 və 2015-ci illərdə də Apple-dan iPhone-un şifrəsini sındırmaqda kömək istəyib. Ancaq Apple bu addımın iPhone istifadəçilərinin gizlilik hüquqlarının pozulmasına səbəb olacağını əsas gətirərək rədd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.