Maraqlı

Hyundai Grandeur yeni sedanının satışına start verilib

11 Yanvar 2020 23:15
0 Şərh     Baxış: 1 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın Hyundai şirkəti Grandeur sedanının yenilənmiş modelinin satışına başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, avtomobil seriya icrasında artıq şirkətin yerli dilerlərinə daxil olub. Təklif olunan sedan Cənubi Koreya brendinin ən qabaritli avtomobili kimi nəzərdə tutulur. Grandeur yeniliyini kapotun və bamperin formasına, LED optikasına və qanadlarına görə fərqləndirmək olar.

Dəyişikliklər radiator barmaqlığına və duman əleyhinə faralara da toxunub. Arxa işıqlar LED optika bağlantısı alıb. Salonda 12,3 düymlük ekran, həmçinin rəqəmsal cihaz paneli quraşdırılıb. Grandeur sedanının kapotunun altında 190 at gücündə 2,4 litrlik benzin aqreqatı quraşdırılıb. Tezliklə 235 at gücünə malik 3 litrlik mühərriklə təkmilləşdirilmiş modifikasiya da mövcud olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.