Maraqlı

Feysbuk-un dünya üzrə bazar payı azalıb

9 Yanvar 2020 22:45
0 Şərh     Baxış: 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ilin yekunlarına əsasən qlobal miqyasda Feysbuk sosial şəbəkəsinin bazar payı  azalıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.

Məlumata görə, 2019-cu ilin dekabr ayında Feysbuk platformasının bazar payı  64,22 % olaraq qeydə alınıb ki, bu da ötən ilin noyabr ayına nisbətən 1,79% azdır.

Tvitter-də  isə əksinə artım müşahidə olunur. Ötən ilin yekunlarına görə, sözügedən şəbəkənin dünya üzrə bazar payı 1,47% artaraq 12,96%-ə çatıb.

Eyni zamanda YouTube və İnstaqram şəbəkəsinin bazar payında da  artım müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.