Maraqlı

“Nokia” əfsanəvi telefonunu yenidən satışa çıxarır

9 Yanvar 2020 07:31
0 Şərh     Baxış: 1 522
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"HMD Global" şirkəti "Nokia" telefonlarının klassik modellərindən birini yenidən satışa çıxarır. Sözügedən model ayın sonunda təqdim edilməlidir. Bu haqda şirkətin top menecerinin nəşrinə istinadən "GSMArena" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "HMD Global" şirkətinin məhsullar üzrə direktoru Yuho Sarvikas yazıb ki, şirkət "Nokia"nın növbəti telefonunu yenidən satışa çıxarmağı planlaşdırır və məlumata görə, bu, yanvarın 25-də olacaq. Həmçinin bildirilib ki, telefon "Nokia"nın klassik xəttinə məxsus olacaq.

"HMD Global" şirkəti tərəfindən yenidən satışa çıxarılmış ilk telefon 2017-ci ilin fevralında təqdim edilmiş "Nokia 3310" aparatı olub. Telefon 320x240 piksel təsvir ölçülü displey və 2 meqapiksellik kamera ilə təchiz edilib. Qurğu "microSD" yaddaş kartını dəstəkləyir. Daha sonra şirkət modeli yeniləyərək "4G", "Wi-Fi" dəstəyi əlavə edib və giriş nöqtəsi kimi işləmək imkanı əlçatan olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.