Maraqlı

Çinin işçi qüvvəsinin 5 faizi robotlar olacaq

2 Yanvar 2020 23:10
0 Şərh     Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vuhan Universiteti Keyfiyyət İnkişaf Strategiyası İnstitutu tərəfindən edilən yeni bir araşdırmaya görə, növbəti beş ildə maşın və robot texnologiyası Çin işçilərinin təxminən 5 faizini təmsil edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, 2 min Çin şirkətini araşdıran institutun nəticələrinə görə, 2008-ci ildə 12 faiz təşkil edən robotların istifadəsi, 2018-ci ildə 38 faizə yüksəlib. Belə olduğu təqdirdə 2025-ci ildə Çinin işçi qüvvəsinin 5 faizi tamamilə robotlardan ibarət olacaq. 2015-2017 illər arasındakı məlumata görə, yalnız ibtidai və orta məktəb təhsili olan işçilərin 9,4 faizi işdən çıxarılaraq robotlarla əvəz edilib. Elə həmin illərdə universitet məzunlarına tələbat 3,6 faiz artıb.

Beynəlxalq Robototexnika Federasiyası Çinin avtomatlaşdırma sahəsində qlobal liderə çevrildiyini qeyd edib.

Federasiya prezidenti Joe Gemma: ''Çinin illik satış və əməliyyat ehtiyatlarına söykənərək dünyanın ən böyük robot bazarına sahib olduğu görünür. Eyni zamanda bura dünyanın ən sürətli böyüyən bazarıdır", - deyə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.