Maraqlı

Google-da yeni funksiya meydana gəldi

28 Dekabr 2019 23:15
0 Şərh     Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google Foto" tətbiqi daima yeni funksiyalarla inkişaf etdirilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, tətbiqə daha bir yenilik əlavə olunub. Bu funksiya sayəsində videoda kadrları yaxınlaşdırıb baxmaq mümkün olacaq.

Qeyd edək ki, bu yenilik tətbiqin 4.33 versiyasına əlavə ediləcək.

"XDA Developers" şirkətinin redaktorları "Google Foto"nun gizli funksiyasını işə salmağı bacardıqlarını təsdiqləyiblər.

Bu funksiya ilə smartfonlar video çəkərkən daha məhsuldar və səmərəli olur. Şirkət nümayəndələri yaxın zamanlarda "Google Foto" tətbiqinin daha bir neçə yenilik təqdim edəcəyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.