Maraqlı

Google Play-də milyonlarla təhlükəli tətbiq aşkarlanıb

31 Dekabr 2019 18:15
0 Şərh     Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir Android əməliyyat sistemli smartfonlarda da kompüterlərdə olan problemlərə rast gəlinir. Hətta proqramı yalnız "Google Play"dən yükləyən istifadəçilər belə virusa yoluxmaq riskindən sığortalanmayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Google Play"də yüzlərlə zərərli tətbiq aşkarlanıb.

Mütəxəssislər ümumilikdə 4,6 milyon dəfə yüklənmiş 103 tətbiq aşkar ediblər. Onların hamısında "Android" smartfonlarında tam ekran reklamlarını göstərməyə qadir olan "Sorako" və "Sogo" kodları var.

Məsəslən, Asiya bölgəsində məşhur olan "gələcəyi proqnozlaşdırmaq" üçün olan "Fortune Explorer" tətbiqi istifadəçinin əsl sevgini tapacağı və qazancının artıracağı zamanı söyləməyi vəd edir. Burada sonsuz sayda reklam nümayiş etdirilməsinə baxmayaraq, tətbiq "Google Play" tərəfindən bloklanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.