Maraqlı

“Twitter” epileptiklərə görə animasiyalı şəkillərdən imtina edəcək

28 Dekabr 2019 08:41
0 Şərh     Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Twitter" rəhbərliyi "PNG" (APNG, Animated Portable Network Graphics) formatlı animasiyalı şəkillərdən imtina etməklə bağlı qərar qəbul edib. Bu haqda sosial şəbəkənin rəsmi hesabında məlumat verilib.

"Animasiyalı PNG şəkillər əyləncəli idilər, amma onlar avtomatik işə salma tənzimləmələrinə uyğun deyillər, buna görə biz onların tvitlərə əlavə edilməsi imkanını ləğv etdik" - şəbəkənin səhifəsində deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu qərar bütün istifadəçilərin, xüsusilə epilepsiyadan əziyyət çəkənlərin, hərəkət və yanıb-sönən şəkillərə həssas insanların təhlükəsizliyi üçün nəzərdə tutulub.

Xidmətdən bildirilib ki, onun əməkdaşları tərəfindən aşkar edilmiş səhv bir tvitə bir neçə animasiyalı şəkil əlavə etməyə imkan verib.

Mövcud PNG faylları silinməyəcək və "Twitter" əməkdaşları analoji funksiya hazırlamağa çalışacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.