Maraqlı

Smartfonu gecə dolmağa qoymayın - SƏBƏB - VİDEO

28 Dekabr 2019 08:35
0 Şərh     Baxış: 1 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütün gecə şarjda qalan smartfonun batareyası daha tez "ölür".

Milli.Az big.az-a istinadən verdiyi xəbərə görə, bu barədə "Business Insider" yazır.

Nəşrin bildirdiyinə əsasən, adapteri tam dolmuş qacet elektrik şəbəkəsinə qoşulmuş qalsa, batareyanın kimyəvi tərkibi daha tez dəyişir, bu isə istifadə müddətinə və enerjinin bitmə sürətinə mənfi təsir göstərir.

"BatterieIngenieure" şirkətinin nümayəndəsi iddia edir ki, bütün böyük istehsalçıların smartfonlarda həddən artıq şarjlanmaya qarşı müdafiə sistemi quraşdırmalarına baxmayaraq, batareya korlanır. Lakin "Google" nümayəndəsi, batareya istehsalı və optimallaşdırılması üçün mövcud texnologiyaları nəzərə almaqla, bu tezisi köhnəlmiş adlandırır:

"Smartfonun batareyası 100% dolduqda, şarj cihazı elektrik ötürməsini faktiki olaraq dayandırır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.