Maraqlı

Alternativ dizayn, ekranaltı kamera və 100 vattlıq yükləmə - OnePlus Concept One belə təsvir edilir

28 Dekabr 2019 08:46
0 Şərh     Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

OnePus Concept One - brendin ilk konseptual smartfonudur. Daha əvvəl, OnePlus rəsmi olaraq 7-10 yanvar 2020-ci il tarixində Las Veqasda baş tutacaq istehlakçı elektronika sərgisi (CES) zamanı şirkətin yeni məhsullar nümayiş etdirəcəyini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, ötən həftə OnePlus şirkətinin təsisçisi və icraçı direktoru Pit Lau , şirkətin bu tədbirdə "xüsusi bir şey" nümayiş etdirəcəyini Twitter-də elan edib. O, OnePlus CES 2020 sərgisində yeni konseptual smartfonu təqdim edəcəyini təsdiqləyib.

Həmin an, söhbətin kəsik və deşikləri olmayan ekranaltı kameraya malik bir smartfon haqqında gedə biləcəyi təxmin edildi. İndi isə Koreya mənbələri şirkətin əyilən ekranla təchiz edilmiş ilk smartfonunu göstərəcəklərini iddia edirlər. Məsələ ondadır ki, OnePlus bu cihazla gələcəyin smartfonlarının formasını xatırladacağına işarə edib.

Bu, həqiqətən, əyilən smartfondursa, hələlik heç kim onun dizayn baxımından Samsung Galaxy Fold, Huawei Mate X və ya Motorola RAZR 2019-a bənzər olub-olmadığını söyləyə bilməz.

Həmçinin bildirilir ki, OnePlus Concept One simsiz 40, simli 100 vatt gücündə enerji toplama ala bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.