Maraqlı

Amerikalılar Milad bayramını qeyd edirlər - FOTO

25 Dekabr 2019 22:25
58 Şərh     Baxış: 1 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 25-də bütün katolik dünyasında olduğu kimi, ABŞ-da da Milad bayramı qeyd edilir. Bu gün istirahət günü sayılır, ailə bayramları və müxtəlif hədiyyələrlə müşayiət olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-da evin təkcə içərisini deyil, bayırını də bəzəyirlər. Evdə hər şey bəzədilmiş yolka kimi çıraqban olur. Küçələr işıqlandırılır, evlərin qarşısında işıqsaçan fiqurlar qoyulur. Ağaclar, kollar gülbəndlərlə bəzədilir. Evlərin və mağazaların sahibləri giriş qapılarının qarşısında bəzədilmiş Qar adamlar qoyurlar, qapılardan isə yolka çələngləri asılır.

Evlərdə bayram adətən dekabrın 24-dən 25-nə keçən gecə kilsədən gəldikdən sonra başlanır. Amerikalılar erkən səhər yeməyinə toplaşırlar. Onların çoxu valideynlərinin evlərində toplaşır. Səhər hamı bir-birinə hədiyyə verir və Milad bayramı münasibətilə xoş arzularını bildirir. Bayram gün ərzində qeyd edilir. Hazırda milad yeməkləri vacib olmasa da, Amerika ailələrinin çoxunda içi doldurulmuş hind toyuğu bişirilir.

Milada bir neçə həftə qalmış amerikalılar çoxsaylı alış-veriş edirlər. Milad mövsümü il ərzində ən böyük iqtisadi stimul hesab olunur.

ABŞ Milli Pərakəndə Satışlar Federasiyasının hesablamalarına görə, sıravi amerikalı bu il bayram hədiyyələrinə orta hesabla təxminən 700 dollar xərcləyib. Bu isə ümumilikdə 465 milyard dollara bərabərdir. Tədqiqatçılar təxmin ediblər ki, bu pul yalnız ABŞ istehsalı olan məhsullara xərclənsəydi, ölkədə 4,6 milyon iş yeri yaranardı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.