Maraqlı

Yeni ilə sağlam başlamaq istəyənlərə MƏSLƏHƏT

24 Dekabr 2019 21:35
0 Şərh     Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni il gecəsi ağlınızdakı pəhriz planlarını çıxardın.Bayram günü mədənizə ziyan verməyəcək tərzdə qidalanmaqda sərbəstsiniz.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bayramda hər şeydən dada bilərsiniz. Lakin türkiyəli diyetoloq Nilay Arpaçının tövsiyələrindən yararlanaraq 2020-ci ilə sağlam başlayıb, sağlam yaşayın.
- Yeni ilin ilk sabahı səhər yeməyindən öncə 30-45 dəqiqə piyada gəzin.

- Səhər yeməyinə hər şeydən qarışdırıb yeməyin.Çalışıb səhər yeməyi ilə günortanı birləşdirin. Sadə yumurta yeməkdə fayda var.

-İçəcəyininz suyun içərisinə limon, darçın və keşniş əlavə edin.

-Gün boyu ən azı 2 litr su için.

-enerjisiz olsanız belə bütün günü yatağınızda keçirməyin.

-Sonrakı günlər axşam vaxtı hər gün piyada gəzin yaxudda 1 saat idmanla məşğul olun.

-Gün içərisində kofe için. Bu orqanizmdəki yağ yandırılmasına da kömək edir.

-Şirniyyat istəsəniz 3-4 parça tünd şokolad yeyə bilərsiniz.

-Yaşıl çay için. İçərisinə limon və azca bal da qata bilərsiniz.

-Yeni il axşamı çox yeyərək mədənizi yüklədiyinizi hesab edirsinizsə, etəsi gün axşam yeməyində ananas yaxudda qatıq yeyin.

-Yeməklərinizə bir çay qaşığı zərdəçal əlavə edin.

-Həzmi yaxşılaşdırmaq üçün bir stəkan təbii sıxılmış nar suyu da içə bilərsiniz.

Unutmayın ki, ata bilməyəcəyiniz çəki yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.