Maraqlı

Gözlərinizi smartfonlardan belə qoruya bilərsiz - VİDEO

26 Dekabr 2019 08:01
0 Şərh     Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Telefon şüalarının gözlərimiz üçün ziyanlı olduğunu bir çoxlarımız bilirik, lakin zamanəmidə smartfonsuz yaşamaq təsəvvürolunmazdır.

Milli.Az chip.az-a istinadən bildirir ki, tibb elmləri namizədi, oftalmoloq Tatyana Pavlova cib telefonundan tez-tez istifadə edənlərə gözləri qorumaq üçün məsləhətlərini verib.

Mütəxəssisin fikrincə, görmə qabiliyyətinin zəifləməsinin əsas səbəbi smartfona yaxın məsafədən baxmaq, düzgün olmayan işıqlandırma və ya səhv pozasıdır.

Smartfonunuzu nə qədər müddətdə istifadə edə biləcəyinizi bilmək üçün vaxtında oftalmoloqlara müraciət etmək lazımdır. Gözü zəif olanlar gözlərini yükləməməlidir və qacetlərindən uzaq yerdə yatmalıdırlar. Bunun başqa müalicəsi yoxdur.

İşdə daim telefondan istifadə etməli olduğunuz halda isə, tez-tez ekrandan gözünüzü çəkib uzaq nöqtəyə baxmaq məsləhətdir.

Gözlərinizi qorumaq üçün onlara hər 30-40 dəqiqədən bir istirahət verin, təmiz havada vaxt keçirin, günəş əleyhinə eynəklərdən istifadə edin. Göz üçün xüsusi məşqlər də mövcuddur. Bunlardan əlavə, qidalanmaya da fikir vermək lazımdır: müxtəlif vitminlərin qəbulu və bol su içmək gözləriniz üçün faydlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.