Maraqlı

Estoniyada Santa Klauslar qatarlardan pulsuz istifadə edəcəklər

23 Dekabr 2019 23:05
49 Şərh     Baxış: 1 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Estoniyada Santa Klauslar Milad günlərində - dekabrın 23-dən 26-dək qatarlardan pulsuz istifadə edə biləcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Estoniyanın sərnişin daşımaları üzrə "Elron" dövlət dəmir yolu şirkəti yayıb. Bayram ərəfəsində şirkətin iş qrafikinin azaldılması da nəzərdə tutulub.

Bildirilib ki, Santa Klausların tez və təhlükəsiz şəkildə uşaqlara qonaq getməsi üçün ödənişsiz gediş "Elron"un bütün marşrutlarında tətbiq olunacaq. Ödənişsiz gediş hüququndan Şaxta baba geyimində − ənənəvi qırmızı kürk və qırmızı papaq, uzun və gur ağ saqqalı olan Santa Klauslar yararlana biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.