Estoniyada Santa Klauslar Milad günlərində - dekabrın 23-dən 26-dək qatarlardan pulsuz istifadə edə biləcəklər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Estoniyanın sərnişin daşımaları üzrə "Elron" dövlət dəmir yolu şirkəti yayıb. Bayram ərəfəsində şirkətin iş qrafikinin azaldılması da nəzərdə tutulub.
Bildirilib ki, Santa Klausların tez və təhlükəsiz şəkildə uşaqlara qonaq getməsi üçün ödənişsiz gediş "Elron"un bütün marşrutlarında tətbiq olunacaq. Ödənişsiz gediş hüququndan Şaxta baba geyimində − ənənəvi qırmızı kürk və qırmızı papaq, uzun və gur ağ saqqalı olan Santa Klauslar yararlana biləcəklər.
Milli.Az