Maraqlı

Yaponiyada cihazlar üçün sərtgövdəli akkumulyator hazırlanıb

24 Dekabr 2019 07:31
0 Şərh     Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Litium-ion akkumulyatorlar rəqəmli elektronika bazarında kifayət qədər populyar batareyadır, lakin texnologiyanın bir sıra çatışmazlıqları var (məsələn, zədələndikdə alışa bilər). Yaponiyanın "Taiyo Yuden" şirkəti alternativ həll təqdim edib: yeni miniatür batareya tipi hətta üst örtüyün zədələnməsi zamanı hava ilə təmasda olmayan sərtgövdəli tərkibə malikdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, texnologiya daşınan elektronika daxil olmaqla yığcam qurğuların enerji ilə təmini üçün uyğun gələn miniatür (4,5x3,2x3,2-dən 1,0x0,5x0,5 mm-dək) akkumulyatorlar hazırlamağa imkan verir.

"Taiyo Yuden" şirkətinin press-relizinə əsasən, şirkət 2020-ci ildə yeni batareya nümunələrinin elektronika istehsalçılarına tədarükünə, 2021-ci ildə isə kommersiya tədarükü üçün kütləvi istehsala başlamağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.