Litium-ion akkumulyatorlar rəqəmli elektronika bazarında kifayət qədər populyar batareyadır, lakin texnologiyanın bir sıra çatışmazlıqları var (məsələn, zədələndikdə alışa bilər). Yaponiyanın "Taiyo Yuden" şirkəti alternativ həll təqdim edib: yeni miniatür batareya tipi hətta üst örtüyün zədələnməsi zamanı hava ilə təmasda olmayan sərtgövdəli tərkibə malikdir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, texnologiya daşınan elektronika daxil olmaqla yığcam qurğuların enerji ilə təmini üçün uyğun gələn miniatür (4,5x3,2x3,2-dən 1,0x0,5x0,5 mm-dək) akkumulyatorlar hazırlamağa imkan verir.
"Taiyo Yuden" şirkətinin press-relizinə əsasən, şirkət 2020-ci ildə yeni batareya nümunələrinin elektronika istehsalçılarına tədarükünə, 2021-ci ildə isə kommersiya tədarükü üçün kütləvi istehsala başlamağı planlaşdırır.
Milli.Az