Maraqlı

Moskvada Avropanın ən hündür yaşayış göydələni tikilir - VİDEO

20 Dekabr 2019 07:14
0 Şərh     Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva şəhərində Avropanın ən hündür yaşayış göydələninin tikintisi davam edir. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Moskva merinin müavini Marat Husnullin İnstaqram hesabında məlumat verib.

Onun sözlərinə görə, "One Tower" göydələninin tikintisi bir neçə ildən sonra yekunlaşacaq.

Qeyd edilir ki, bina "Moskva-Siti"nin ərazisində tikilir. Göydələnin hündürlüyü 400 metrdən çox olacaq. Yerin üstündə 101, altında isə 3 mərtəbə tikiləcək.

Layihəyə əsasən, binada yaşayış evləri ilə yanaşı ofislər, ticarət obyektləri, eləcə də yeraltı parkinq olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.