Maraqlı

“Windows 10” istifadəçilərinin brauzeri avtomatik əvəzlənəcək

21 Dekabr 2019 08:21
0 Şərh     Baxış: 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkəti 15 yanvar 2020-ci il tarixində - "Windows 10" əməliyyat sisteminin növbəti yenilənməsi buraxıldıqdan sonra istifadəçiləri məcburi qaydada yeni "Edge" brauzerinə keçirəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Google" texnologiyalarına əsaslanan yeni "Microsoft" brauzeri "Windows Update" xidməti (Windows yenilənmə mərkəzi) vasitəsilə avtomatik quraşdırılacaq. Yenilənmə 1803 (April 2018 Update) və daha yuxarı "Windows 10" sistemli bütün qurğulara şamil ediləcək.

Brauzerin köhnə versiyasının saxlanılma və istifadə imkanı nəzərdə tutulmayıb. "Chromium" əsaslı "Edge" brauzeri fonlu rejimdə quraşdırılacaq - istifadəçilər yeni proqrama keçməyə məcbur olacaqlar.

Məcburi brauzer əvəzlənməsi yalnız sistem inzibatçıları tərəfindən bloklana bilər. Şirkət əməkdaşlarının köhnə "Edge" brauzerindən istifadəni davam etdirməsi üçün "Blocker Toolkit" alətinin yüklənilməsi tələb olunacaq.

Yeni "Edge" brauzerinin vacib xüsusiyyəti "Google" brauzeri üçün yaradılan kənar proqram genişləndirmələrinin qoşulması imkanına malik olmasındadır. Əlavələri həm "Microsoft Store", həm də "Chrome Web Store" mağazalarından yükləmək mümkündür. Köhnə "Edge" brauzerində bu imkan "Microsoft" şirkəti tərəfindən təhlükəsizlik məsələləri ilə bağlı yürüdülən ciddi siyasətə görə məhdudlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.