Maraqlı

“Linux” sistemli qurğulara hücumlar edilir

21 Dekabr 2019 08:15
0 Şərh     Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2017-ci ildə dünyada "WannaCry" fırıldaqçı virusunun yayılmasına və 2018-ci ildə banklara qarşı həyata keçirilən çoxsaylı kiberhücumlara görə məsuliyyət daşıyan "Lazarus Group" haker qruplaşması yenidən informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin diqqət mərkəzinə düşüb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Qihoo 360 Netlab" şirkəti tərəfindən "Linux" kompüter sistemlərini yoluxduran "Dacls" adlı troyan aşkarlanıb. Şirkətin İT infrastrukturuna nüfuz edən virus cinayətkarlara lazım olan kodu uzaq məsafədən tətbiq edir və serverdə saxlanılan fayllara çıxış üçün imkan yaradır.

Zərərli proqram sayəsində hakerlər məlumatları oğurlaya və silə, idarəetmə strukturlarını skan edə, prosesləri dayandıra, eləcə də öz fayllarını göndərə bilərlər.

Virus "Atlassian Confluence Server" (CVE-2019-3396) sistemində kataloqun dəf edilməsi və kodun tətbiqi üçün boşluqdan istifadə edir. Bu barədə ilk dəfə 2019-cu ilin martında məlum olub.

"Synopsys Cybersecurity Research Center" eksperti Tim Makkeyin sözlərinə görə, "Linux" adətən server, masaüstü kompüter və "Əşyaların interneti", eləcə də quraşdırılmış sistemlərdə istifadə olunur. Onun fikrincə, bütün şirkətlər "Əşyaların interneti" qurğularının proqram təminatını diqqətlə yoxlamalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.