Maraqlı

Bu qız Eynşteyn və Hopkinsdən də AĞILLIDIR

20 Dekabr 2019 05:30
1 Şərh     Baxış: 2 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əslən indiyalı olan Britaniyanın Birmingem şəhərinin gənc sakini dünyanın ən məşhur intellektual sınağı sayılan Mensa IQ-də fenomenal nəticələr göstərib.

Milli.Az xəbər verir ki, Freya Mangotra 10,5 yaşında olarkən bu sınaqda uğurlu nəticə göstərib.  

Onun topladığı bal Albert Eynşteyn və Stiven Hopkinsin nəticələrindən iki xal yüksəkdir, zəka əmsalı 160 bal olaraq qiymətləndirilir.

Freyanın atası isə qızına təzyiq etmək istəmədiyini söyləyib. Ancaq 2-3 yaşından etibarən həqiqətən istedadlı bir qızının olduğunu anlayıb.

Freya fenomenal bir yaddaşa sahibdir və geniş hobbi siyahısı var. O,  taekvondo və şahmatla, Bollivud rəqsi və üzgüçülüklə məşğuldur.  Qız gələcəkdə kim olmaq istədiyindən əmin olmasa da, rejissorluğa çox maraq göstərir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.