Maraqlı

Son onilliyin ən yaxşı qurğuları açıqlanıb

19 Dekabr 2019 08:51
0 Şərh     Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Time" jurnalı son onilliyin ən əlamətdar qurğularının siyahısını tərtib edib. Reytinq nəşrin saytında dərc olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, reytinqə görə, birinci yeri bu dövr üçün portativ qurğuların inkişafına təkan verən "Apple iPad" planşeti tutub.

İkinci pillədə avtomobil sənayesinin inkişaf trayektoriyasını dəyişən "Tesla Model S" avtomobili qərarlaşıb. Üçüncü mövqedə "Raspberry Pi" mini-kompüteri yer alıb. Sonrakı yerləri "Google Chromcast" rəqəmli mediapleyeri və "DJI Phantom" dronu tutub.

Siyahıya, həmçinin "Amazon Echo" "ağıllı" kolonkası, "Apple Watch" saatı, "Apple AirPods" mediapleyeri, eləcə də "Nintendo Switch" portativ qurğusu daxil olub. Reytinqi "Xbox" oyun qurğusu üçün adaptiv oyun kontrolleri tamamlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.