Maraqlı

Dünyada 2040-cı ilədək aviasərnişinlərin sayı iki dəfə artacaq

18 Dekabr 2019 06:30
0 Şərh     Baxış: 1 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı növbəti 20 ildə iki dəfə artacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Alman Aviasiya və Kosmonavtika Mərkəzi yayıb.

Mərkəzin məlumatına görə, reyslərinin sayının artması, aşağı büdcəli aviaşirkətlərin çoxalması və sərnişin təyyarələrinin tutumunun böyüməsi gələcəkdə sərnişin artımını daha da sürətləndirəcək. 2016-cı ildə rəsmi statistikaya əsasən, dünyada təxminən 4 milyard sərnişin təyyarə ilə səfərə çıxsa da, 2040-cı ildə bu göstərici 9,4 milyarda çatacaq. Reyslərin sayı isə hazırda 35,5 milyondan təxminən 53 milyona yüksələcək.

Proqnozlara əsasən, təyyarələrin sərnişin tutumu da gələcəkdə artacaq. Hazırda hər uçuşda bir təyyarədə orta hesabla 111 sərnişin səfərə çıxırsa, 20 il sonra sərnişinlərin sayı orta hesabla 179 nəfərə çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.