Maraqlı

Tesla dünyanın ən bahalı üçüncü avtomobil istehsalçısı oldu

21 Noyabr 2019 23:50
0 Şərh     Baxış: 1 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tesla şirkətinin təkcə elektromobil istehsal etməməsinə baxmayaraq məhz elektromobil satışları şirkət gəlirinin əsas hissəsini təşkil edir. Yeni analitik hesabata əsasən isə Elon Musk-ın şirkəti bazar dəyəri üzrə ABŞ-ın ən bahalı avtomobil istehsalçıları arasında üçüncü yeri tutmaqla yanaşı həmçinin Avropanın və Yaponiyanın ən məşhur brendlərini də geridə qoyub.

Milli.Az technote.az-a istinadən bildirir ki, Yahoo və Google məlumatlarıına əsasən Tesla-nın bazar dəyəri 62.39 milyaard dollar təşkil edir. Siyahıda Tesla-dan yuxarıda yalnız Volkswagen (98.94 milyard dollar) və Toyota (205.34 milyard dollar) dayanırlar. Tesla isə öz növbəsində Daimler, General Motors, Honda və BMW kimi şirkətləri geridə qoyub. Mütəxəssislər güman edirlər ki, Tesla-nın bazar dəyərinin yüksəlməsi Almaniyada Gigafactory zavodunun inşa edilməsi ilə əlaqəlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.