Tesla dünyanın ən bahalı üçüncü avtomobil istehsalçısı oldu

21 Noyabr 2019 23:50

Tesla şirkətinin təkcə elektromobil istehsal etməməsinə baxmayaraq məhz elektromobil satışları şirkət gəlirinin əsas hissəsini təşkil edir. Yeni analitik hesabata əsasən isə Elon Musk-ın şirkəti bazar dəyəri üzrə ABŞ-ın ən bahalı avtomobil istehsalçıları arasında üçüncü yeri tutmaqla yanaşı həmçinin Avropanın və Yaponiyanın ən məşhur brendlərini də geridə qoyub.

Milli.Az technote.az-a istinadən bildirir ki, Yahoo və Google məlumatlarıına əsasən Tesla-nın bazar dəyəri 62.39 milyaard dollar təşkil edir. Siyahıda Tesla-dan yuxarıda yalnız Volkswagen (98.94 milyard dollar) və Toyota (205.34 milyard dollar) dayanırlar. Tesla isə öz növbəsində DaimlerGeneral MotorsHonda və BMW kimi şirkətləri geridə qoyub. Mütəxəssislər güman edirlər ki, Tesla-nın bazar dəyərinin yüksəlməsi Almaniyada Gigafactory zavodunun inşa edilməsi ilə əlaqəlidir.

Milli.Az