Yaşı 120-dən çox olan avtomobil markaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün yüzlərlə avtomobil markası mövcuddur. Bütün şirkətlər kimi avtomobil istehsal edən şirkətlər öz aralarında illər boyu rəqabət aparıblar. Bəziləri bu rəqabətə tab gətirməyib sıradan çıxır, bəziləri isə onilliklər boyu fəaliyyət göstərir və hələ də yüksək keyfiyyətli avtomobillər istehsal etməkdə davam edir. TED.az uzun illər boyu rəqabətə tab gətirən bir neçə avtomobil markasını sizə təqdim edir.
1."Land Rover" markasının əslində bir qədər qarışıq keçmişi var. Milli.Az ted.az-a istinadən bildirir ki, bu marka "Lancashire Steam Motor Company" adı altında 1896-cı ildə fəaliyyətə başalyıb. Fəaliyyəti boyu bir çox fərqli ada sahib olan markanın ilk istehsalı buxarla çalışan otbiçmə maşını olub. Şirkət 1907-ci ildə "Leyland", 1968-ci ildə "British Leyland", 1986-cı ildə isə "Rover Group" kimi müxtəlif adlarla fəaliyyət göstərib. Məhz "Land Rover" modeli isə ilk dəfə 1978-ci ildə meydana gəlib. Bu nəslin yeni modelinin yaxın vaxtda təqdim olunacağı gözlənilir.
2."Mercedes Benz" adı 1926-cı ildə "Benz" ilə "Daymler"in birləşməsindən sonra ortaya çıxsa da, markanın kökü daha qədimdir. Avtomobil tarixinin çox önəmli hissəsi olan markanın keçmişi, Karl Benzin aldığı patentə və "Daimler Motoren Gesselschaft" (1890-1926) şirkətinə əsaslanır. Marka, minik və yük avtomobili, həmçinin yüngül vasitələr kimi müxtəlif maşınlar istehsal edir.
3. Fransız firması olan "Peugeot"un tarixi 1810-cu ildə başlayıb. O zamanlar şirkət qəhvə üyüdücüsü, duz qabı, velosiped kimi məhsullar istehsal edirdi. 1896-cı ildə isə Armand Peugeot "Anonym des Automobiles" adlı şirkəti qurub. Sonralar motosikl istehsalına da başlayan şirkət, 1970-ci illərdə böyük bir yüksəliş yaşadı.
4. "Opel" markası 1862-ci ildə tikiş maşını istehsalı ilə fəaliyyətə başlayıb. Şirkət 1886-cı ildə velosiped, 1899-cu ildə isə avtomobil istehsal etməyə başladı. "Opel" 1913-cü ildə Almaniyanın, 1930-cu ildə isə bütün Avropanın ən böyük avtomobil istehsalçısı idi.
5. Məşhur "Renault" markası 1899-cu ildə Lui, Marsel və Fernan Renault qardaşları tərəfindən yaradılıb. Şirkət ilk dəfə "Societe Renault Freres" adı altında fəaliyyətə başlayıb. Şirkətin "Mitsubishi" və "Nissan" kimi markalarla şərikli istehsal etdiyi avtomobilləri də var. 2017-ci ildə ortaqların şərikli istehsal etdiyi avtomobillər dünya bazarında ən çox satılan vasitələr oldu.
6. "Fiat" markası "Fabbrica İtaliano Automobili Torino" adı ilə 1899-cu ildə İtaliyanın Torino şəhərində meydana gəlib. Şirkət ikinci dünya müharibəsi zamanı böyük ziyana uğrasa da, 1950-ci ildə yenidən qurulub. 1960-cı illərdə isə məşhur marka uğurun zirvəsinə ucala bildi. Bunun başlıca səbəblərindən biri, sözsüz ki, böyük rəğbət qazanmış "Fiat 500" avtomobilidir. Həmçinin şirkət yük maşını istehsalçısı kimi də tanınır.
7. Çexiyanın avtomobil istehsalı sahəsində böyük təcrübəsi olan "Skoda"ilk dəfə 1895-ci ildə yaranıb. Şirkət əvvəllər "Laurin&Klement" adı altında fəaliyyət göstərib. O zamankı şirkətlərin çoxu kimi, bu şirkət də velosiped və motosikl istehsalı ilə məşğul olub. 1905-ci ildə isə artıq avtomobil istehsalına başlayan məşhur marka sonradan Avstraliya-Macarıstan bölgəsinin ən qabaqcıl istehsalçısına çevrildi. 1905-ci ildə "Skoda" şirkəti tərəfindən satın alınan "Laurin&Klement" bundan sonra "Skoda Auto" adı altında fəaliyyət göstərməyə başladı. 2020-ci ildə isə "Skoda" "Volkswagen"in törəmə markasına çevrildi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
XƏBƏR LENTİ
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb





