Rəhmət olunmuş valideynlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, müəllim uşağa "Bismilləhir-Rahmənir-Rahim" (cümləsini) öyrədər və həmin uşaq "Bismilləhir-Rahmənir-Rahim"i öyrənər və dilində səsləndirər, bu zaman Allah Təala həmin uşaq, onun valideynləri, həmin müəllim üçün cəhənnəm atəşindən bəraət və uzaq olmağı yazar".
Həzrət Peyğəmbər (s) buyurur: "O şəxs ki, yerə düşmüş "Bismilləhir-Rahmənir-Rahim" yazısını Allah Təalanın hörmətini qorumaq üçün götürər və tapdalamasının qarşısını alar, bu insan Allah Təala yanında siddiqinlərdən olar və onun bu əməli valideynlərinin əzabının yüngülləşməsinə səbəb olar, baxmayaraq ki, onlar müşrik olsa belə". (Erfan)
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə bu şəxs haqqında buyurur: "Allah Təala bu insanın adını Əlayi-illiyindən də yuxarı qaldırar və onun bu əməli valideynlərinin əzabının yüngülləşməsinə səbəb olar, baxmayaraq ki, kafir olsalar belə".
İmam Əli (ə) buyurur: "Övladı öpmək rəhmətə səbəb olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınızı öpün, çünki hər öpüş üçün behiştdə sizə məqam əta olunacaqdır".
İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) buyurur: "O kəs ki, övladını öpər, Allah Təala onun üçün həsənə yazar"".
Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınızı əziz tutun və onları yaxşı tərbiyə edin. Bu əməl sizin bağışlanmağınıza səbəb olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman sizlərdən biriniz övladını tərbiyə edər, bu əməl onun üçün yeməyin yarsını sədəqə verməkdən daha yaxşıdır".
İmam Səccad (ə) buyurur: "Övladının haqqı odur ki, biləsən ki, o, səndəndir və onun dünya işləri - istər pis olsun, istərsə də yaxşı - sənə nisbət verilər. Gərək biləsən ki, sən övladın qarşısında məsuliyyətlisən. Lazımdır ki, onu yaxşı tərbiyə edəsən. Allahı tanımağa tərəf hidayət edəsən. Allah Təalaya itaət yolunu onun üçün hamar edəsən. Bil ki, övladınla yaxşı rəftar etmək əcr və savaba səbəb olar. Sənin onunla pis rəftarın qarşıda cəzaya səbəb olar".
İmam Kazım (ə) buyurur: "Səkkiz sifət vardır ki, hər kim ona malik olsa, Allah Təala onu behiştə daxil edər. Rəhmətini onun üçün genişləndirər. O sifətlərdən biri - övladı yaxşı tərbiyə etməkdir".
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, övladını sevindirər, Allah Təala Qiyamət günü onu sevindirəcəkdir".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim qız övladını sevindirər, onun kimi olar ki, Həzrət İsmayil (ə) övladlarından olan qulu azad etmişdir".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim məhrəm xanımını sevindirər, Allah Təala Qiyamət günü onu sevindirəcəkdir".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim oğlan övladını sevindirər, onun kimi olar ki, Allah qorxusundan ağlamışdır. Hər kim Allah qorxusundan ağlayar - behiştə daxil olar".
Həzrət Peyğəmbər (s) buyurur: "O evdə ki, qız övladları olar, (Allah) hər gün 12 rəhmət və İlahi bərəkəti (həmin evə) nazil edər. Həmin ev mələklərin ziyarət və görüşmək yeri olar. Həmin mələklər o qızların atası üçün hər gündüz və gecə bir ilin ibadət savabını əməl dəftərinə yazarlar".
Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, bir qız övladı olar, bu övlad onun üçün min həccdən və Allah yolunda min cihaddan, min dəvə qurban etməkdən, min dəfə qonaqlıq verməkdən daha yaxşıdır".
Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, üç qız övladı olar, cihadın və ağır vəzifələrin məsuliyyəti boynundan götürülər".
Həzrət Peyğəmbər (s) buyurur: "Sizin ən yaxşı övladlarınız - qız övladlarıdır".
Həzrət Peyğəmbər (s) buyurur: "O kişinin ki, qız övladı olar, İlahi rəhmətdə qərar tutar".
Həzrət Peyğəmbər (s) qız övladları barəsində buyurur: "Onlar xoş ətirli güldürlər".
Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, qız övladları olar və onlara yaxşılıq edər, cəhənnəm atəşindən amanda olar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
XƏBƏR LENTİ
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb





