Maraqlı

Afrikada ilk smartfon istehsal edildi - FOTO

9 Oktyabr 2019 13:11
0 Şərh     Baxış: 971
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ruandanın paytaxtı Kiqalidə "ağıllı telefon" istehsal edən zavod istifadə verilib.

Milli.Az xəbər verir ki, bu, Afrika qitəsində ilk "ağıllı telefon" zavodu kimi də tarixə düşüb.

Məlumata görə, "Mara" brendi adı altında istehsal ediləcək smartfonlar "Android" əməliyyat sistemi ilə işləyəcək. Qiymətlərin 129-189 dollar aralığında olacağı bildirilir.

Hazırda zavodda 200 nəfər çalışır.
Zavodun açılış tədbirində çıxış edən Ruanda Prezidenti Pol Kaqame bildirib ki, "Mara" telefonları sayəsində texnologiya insanlar üçün daha əlçatan olub.

"Mara" telefonlarının Ruanda ilə yanaşı digər Afrika ölkələrinə də satışı planlaşdırılır. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.