Maraqlı

"Matriks" filminin dördüncü hissəsi çəkiləcək

21 Avqust 2019 22:44
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktyorlar Kianu Rivz və Kerri-Enn Moss "Matriks" (The Matrix) filminin dördüncü hissəsində çəkiləcəklər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Warner Bros." studiyasının idarə heyətinin sədri Tobi Emmerix bildirib.

Onun sözlərinə görə, ekran əsərinin rejissoru Lana Vaçovski olacaq. Bu xanım həmçinin Aleksandr Xemon və Devid Mitçell ilə birlikdə ssenarinin yazılmasında da iştirak edib.

ABŞ-ın "Variety" jurnalının yazdığına görə, filmin çəkilişləri 2020-ci ildə başlayacaq.

Qeyd edək ki, "Matriks" filmin birinci seriyası 1999-cu ildə ekranlara çıxıb. Əsər dörd "Oskar" mükafatına layiq görülüb. Sonradan filmin süjeti "Matrix: Reloaded" və "Matrix: Revolutions" seriyalarında davam etdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.