Bentley itmiş Corniche prototipini bərpa edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bentley şirkətinin Mulliner bölməsi İkinci dünya müharibəsi zamanı itirilmiş Cotniche sedanının yenidən yaradılmasını başa vurub. Bentley Corniche adlı prototip 1939-cu ildə Mark V modelinin aqreqatlarında inşa edilib və Parisdə yerləşən Carrosserie Vanvooren atelyesinin kuzovuna sahib olub. Bu prototip gələcək MkV modelinin idman versiyası olmalı idi.
Corniche prototipinin inşa ideyasına təkan verən, yunan pilot Andre Embirikosun Bentley 4 ½ şassisində inşa edilmiş və düralüminiumdan hazırlanmış axıcı kuzova malik olan avtomobili sifariş etməsi olub. Yeganə nüsxədə inşa edilən avtomobildən ilhamlanan marka rəhbərliyi, debütü gözlənilən MkV modelinin də bənzər idman versiyasının olmasına qərar verib. 1939-cu ilin may ayında belə bir prototip hazır olub.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Corniche modeli nazik poladdan hazırlanmış yüngülləşdirilmiş şassidə inşa edilib və MkV modelinin gücləndirilmiş mühərriki və yeni ötürmələr qutusu ilə təchiz edilib. Sportkarın kuzovunu isə, fransız Carrosserie Vanvooren kuzov atelyesi hazırlayıb.
İti formalar yeni dəbə mindiyinə görə, sportkar öz zamanı üçün çox futuristik görkəmə sahib olub. Aerodinamikanı yaxşılaşdırmaq məqsədi ilə, mühəndislər Bentley üçün ənənəvi olan iri şaquli radiator barmaqlığından belə imtina ediblər.
Avtomobil hazır olandan dərhal sonra, onu Bruklendsdəki oval trekdə sınaqdan çıxarıblar. Corniche trekdə 161 km/saat həddinə qədər sürətlənib. Qeyd etmək lazımdır ki, adi sedan üçün bu imkansız idi. 1939-cu ilin iyulunda Corniche Fransaya yol testlərinə göndərilib və orada avtobusla toqquşma zamanı xəsarət alıb. Bundan sonra avtomobil Vanvooren atelyesində təmir edilib.
Lakin, sedanın Bentley şirkətinin mənzil-qərargahına aparılması zamanı, sürücü idarəetməni itirib və avtomobili ağaca vuraraq aşırıb. Kuzovu yenidən sökərək Vanvooren atelyesinə bərpa üçün göndərməli olublar. Hazır edilmiş kuzov Dyepp şəhərinin limanı və doklarının bombalanması zamanı tamamilə məhv edilib.
Bentley Corniche modelini avtomobil tarixçisi və Bentley şirkətinin sabiq baş direktoru Ken Li bərpa etmək qərarına gəlib. O, 2001-ci ildə kolleksionerlərə satılmış orijinal ehtiyat hissələrini toplamağa başlayıb, 2008-ci ildə isə, britaniya markasından maliyyə yardımı alıb. Corniche modelinin kuzovunu, orijinal avtomobilin dizayneri Jorj Polenin ailəsinin təqdim etdiyi çertyojlar əsasında, Ashley&James atelyesində hazırlayıblar. 2018-ci ilin fevralında layihə Mulliner atelyesinə verilib və Bentley markasının 100 illik yubileyinin bayram edilməsinin tərkib hissəsinə çevrilib.
Avtomobil üzərində nəinki eksklyuziv layihələr bölümünün, həmçinin digər bölmələrin əməkdaşları da çalışıblar. Mulliner atelyesinin kuzov ustaları kuzov panellərinin final tənzimləməsini aparıb, boya sexinin ustaları isə, arxiv materialları əsasında eksteryerin əsas iki rəngini - Imperial Maroon və Heather Grey boyalarını yenidən yaradıblar. Bundan sonra, dizaynerlər komandası həmin dövrə uyğun olan materiallardan istifadə edərək, Vanvooren üslubunda interyeri yenidən yaradıblar.
Radiator barmaqlığını əvvəlcə kompyüterdə çəkərək, dizaynı və hər bir milin aerodinamikasını təhlil ediblər. Sonra isə, onu fiziki olaraq hazırlayıblar. Layihədə Mulliner atelyesinin altı stajoru da iştirak ediblər. Onlardan biri orijinal Corniche modelindəkinə bənzəyən alətlər üçün qutunu yığıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
XƏBƏR LENTİ
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Formula 1-də üçüncü sərbəst yürüş başladı
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür





