Bu virus qızdırma, səpgi, ishal yaratsa da, antibiotik OLMAZ! – Pediatrdan XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaqlar arasında yayılan virus xəstəliklərindən biri də "Roseola infantum" adlanan, herpes virusunun ("Herpes virus tip 6") səbəb olduğu bir problemdir.
"Altıncı xəstəlik" adlandırılan bu problem barədə məlumat açıqlayan pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu bildirib ki, bu xəstəlik tənəffüs yolu ilə yoluxur. Bu virus adətən 6 ay ilə 4 yaş arasında olan uşaqlarda, xüsusilə də, yaz və yay aylarında müşahidə olunur: "Bu xəstəliyin spesifik xüsusiyyəti ondan ibarətdir ki, burada adətən 3 gün 39-40 dərəcələrdə müşahidə olunan yüksək hərarətdən sonra uşaqda bütün bədənə yayılan səpkilər əmələ gəlir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, səpkilər adətən gövdədən başlayır və ətraflara yayılır və iz buraxmadan zamanla yox olub gedir. Bu xəstəliyin ən önəmli ağırlaşması ilk günlərdə müşahidə olunan yüksək hərarətə bağlı yarana biləcək olan qıcolmadır. Bu kimi hallar olmasın deyə, bu müddət ərzində uşağı nəzarətdə saxlamaq lazımdır. Bütün virus xəstəliklərində olduğu kimi bu xəstəliyin də köklü, əsaslı müalicəsi yoxdur. Burada ancaq simptomatik müalicədən söz gedə bilər. Bu da xəstəlik zamanı əmələ gəlmiş əlamətləri azaltmağa yönəlmiş dərman müalicəsi qızdırma salıcı metodlar ola bilər. Bu xəstəliyin müalicə metodu bütün dünyada belədir. Əslində bu xəstəliyi misal çəkməkdə məqsədimiz bu xəstəlik üzərindən müəyyən nəticələr çıxartmaq və bəzi səhv düşüncələri aradan aparmaqdır".
Pediatr vurğulayıb ki, nəinki bizdə, dünyanın heç bir yerində virus infeksiyasının müalicəsi yoxdur (nadir, özəl durumlar xaric). Müalicə ancaq və ancaq hərarət və s. kimi simptomları azaltmaq üçün verilə bilər:
"Xəstənin hərarəti 40 dərəcə olsa da, boğazı şişsə də, bütün bədəni səpsə də, qussa və ya qarnı getsə də, yenə də ona ağır müalicə təyin olunmaz. Bu kimi hallarda xüsusilə antibiotiklər qətiyyən istifadə edilməz. Belə ki, heç bir antibiotik virusu öldürmə gücünə sahib deyildir. Bu hallarda ancaq simptomatik yüngül müalicələr (o da şikayətləri çox olarsa) verilməli və zamanla virusun öz-özünə bədəndən çıxması gözlənilməlidir. Bəli, düz oxudunuz, öz-özünə bədəndən çıxması gözlənilməlidir.
Virus xəstəliyinin özünün sağalma müddəti vardır. Biz nə etsək də, bu müddəti gözləməliyik. Necə deyərlər, qripi (bu da bir virus xəstəliyidir) müalicə etməsəniz 7 günə, müalicə etsəniz 1 həftəyə sağalar. Yəni siz nə etsəniz də nəticə dəyişməyəcək".
Həkimin sözlərinə görə, bəzən 3 gün gözlədikdən sonra hərarət düşməzsə, uşağa antibiotik verilir: "Bu sizi aldatmasın. Burada məqsəd virus xəstəliyinin üzərinə sonradan əlavə olunmuş mikrobları öldürməkdir. Antibiotik viruslar üçün deyil, bakteriyalar üçün verilir. Sonradan mikrobun əmələ gəlməməsi üçün həkimin əvvəlcədən antibiotik verməsi tibbi olaraq qətiyyən doğru deyildir. Çünki antibiotik versəniz belə, bu yenə də fəsadın qarşısını almayacaq. Bu elmi bir faktdır.
Virus xəstəliklərində bəzən müəyyən fəsadlar da əmələ gələ bilər. Əgər fəsad yaranarsa, ancaq o zaman fəsada yönəlik müalicələr verilə bilər. Bu halda da fəsadın yaranmaması üçün öncədən hər hansı dərmanların verilməsi doğru deyildir. Belə ki, fəsadların yaranması sadəcə bir ehtimaldır. Tibb bu kimi hallarda ehtimallar üzərindən müalicələrin başlanmasını doğru bilmir. Antibiotiklərin özlərinin də fəsadları vardır. Ona görə zərurət olmadıqca, uşaqlara antibiotiklərin verilməsi doğru deyildir.
Əgər körpədə hərarət varsa, ona ağız yoluyla hərarət salıcılar verilməlidir. Əgər bundan sonra da hərarət düşməsə, bu zaman uşağı xəstəxanaya yatırtmaq və damar yoluyla ona xüsusi hərarət salıcılar vermək lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
XƏBƏR LENTİ
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun





