Müsəlmanların elmi nailiyyətləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müsəlman alimlər bir çox ixtira və kəşflərdə avropalıları əsrlərlə qabaqlamışlar. Avropa cəhalətlə öyündüyü, elmlə düşmənçilik etdiyi, inkvizisiya məhkəmələrində elm adamlarını oldürüb yandırdığı dövrlərdə müsəlman alimlər elmi araşdırmalarla məşğul idilər.
İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdu. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlusda (İspaniyanın cənubu) inşa edildi. Avropada isə yalnız uzun illərdən sonra kağız fabriki açıldı. 1100-cü ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə kağız istehsal edilməyə başladı. Məlum olduğu kimi, kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayıldığını göstərir.
TİBB
Milli.Az islam.az-a istinadən bildirir ki, həkimlərin sultanı kimi tanınan İbn Sinanın (980-1037) tibb aləminə yeniliklər gətirən "əl-Qanun" adlı əsəri nəinki yalnız İslam dünyasında, həm də Avropada əsas tibb kitabı sayılmışdır. "Tibbin İncili" adını qazanması, 600 il Avropa universitetlərində dərs vəsaiti kimi tədris olunması buna sübutdur. İbn Sina tibb də daxil olmaqla 29 müxtəlif elm sahəsindəki ixtiraları ilə avropalılara nümunə olmuşdur.
Bəzi tədqiqatçıların fikrincə, İbn Sina qədər qüdrətli həkim sayılan Razi (864-925) çiçək və qızdırma xəstəliklərini kəşf etmiş, bu mövzuda ilk dəfə əsər yazmışdır.
Fateh Sultan Mehmetin tərbiyəçisi və müəllimi Ağşəmsəddin (1389-1459) mikrobu kəşf etmişdir. (Bəzi tədqiqatçılar mikrobun kəşfini hətta İbn Sinanın adı ilə bağlayırlar). Vərəm mikrobunu isə Kambur Vesim (vəf. 1761) tapmışdır.
İbrahim Cəssar (vəf. 1009) min il bündan əvvəl cüzam xəstəliyinin yaranma səbəblərini və müalicəsini göstərmiş, vəbanın yoluxucu xəstəlik olması barədə ilk dəfə elmi yolla İbn Xətib (1313-1374) fikir yürütmüşdür.
Gözlə bağlı tədqiqatları ilə müsəlman həkimlər əsrlər boyunca elm dünyasının öndəri olmuşlar. Gözdəki retina təbəqəsinin funksiyası barədə ilk dəfə məlumat verən şəxs İbn Rüşd (1126-1198) olmuşdür. XI əsrdə yaşamış məşhur göz həkimi Əli ibn İsanın yazdıqı "Təzkirə" əsəri yüzilliklər boyunca yeganə məlumat mənbəyi sayılmışdır.
Əmmar adlı müsəlman alim 9 əsr bündan əvvəl özünəməxsus üsulla göz üzərində cərrahiyyə əməliyyatı aparmışdır.
Əli ibn Abbas (vəf. 994) müasir cərrahi əməliyyatlara uyğun tərzdə xərçəng əməliyyatını həyata keçirmişdir, onun qələmə aldığı "Kitabül-Məliki" adlı tibb ensiklopediyası günümüz üçün də öz aktuallığını qoruyub-saxlayır.
Kiçik qan dövranını Avropa alimlərindən təqribən 300 il əvvəl İbnün-Nəfis (1210-1288) kəşf etmiş, İbn Sinanın "Qanun" kitabına yazdığı şərhdə bu məsələnin incəliklərini göstərmişdir.
İlk xəstəxana 707-ci ildə Əməvilər zamanında təşkil olunmuşdu. Xəstəxananın bütün xərcləri dövlət tərəfindən ödənilirdi. Cüzamlı xəstələrə və korlara ərzaq təsis olunmuşdu.
Müsəlman Şərqində bu səviyyədə elmi işlər aparıldığı zaman Avropada həkimi sehrbaz, xəstəxananı isə şeytan yuvası hesab edir, cərrahi əməliyyat aparmaq istəyən həkimləri təqibə məruz qoyurdular.
KİMYA
Kimyadan söz düşəndə hamıdan əvvəl Cabir ibn Həyyan yada düşür. O, kimya elmində qazandığı nailiyyətlər baxımından Pristli (1733-1804) və Lavuazyedən (1743-1794) də üstündür. Cordano onu dünyanın 12 dahisindən biri hesab etmişdir. Cabir əsrlərlə bundan əvvəl qurduğu xüsusi laboratoriyada apardığı tədqiqatlar nəticəsində bir çox kimyəvi turşuları kəşf etmişdir.
Həkimliyi qədər həm də böyük kimyagər olmuş Razi sulfit turşusunu, saf spirti kəşf etmişdir.
Bəşir adlı müsəlman alim avropalı Brantdan xeyli əvvəl fosforu tapmışdır.
Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişlər. Pnevmatik top Fateh Sultan Mehmetin (1432-1481) kəşfidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyənin ilk yerli aparatı Aya göndəriləcək
-
145 nəfərin olduğu təyyarədə qorxulu anlar - Pilot narkoman imiş - (Video)
-
653 km/saat sürət yığan avtomobil yaradıldı
-
Avqust sonu 3 bürcün həyatı dəyişəcək
-
Tarık Mengüçdə şiş aşkarlandı, xəstəxanaya yerləşdirildi - (Foto)
-
Təcili tibbi yardım maşınında ana oldu - (Foto)
XƏBƏR LENTİ
-
9 marşrutun hərəkəti dəyişdirildi
-
"Avroviziya"nın qaydaları dəyişdirildi
-
Lavrov Avropa İttifaqını hədələyib
-
Bakıda axund cərimələndi
-
"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub
-
Göyçayda zəncirvari qəza - 6 nəfər xəsarət alıb
-
Türkiyənin ilk yerli aparatı Aya göndəriləcək
-
145 nəfərin olduğu təyyarədə qorxulu anlar - Pilot narkoman imiş - (Video)
-
653 km/saat sürət yığan avtomobil yaradıldı
-
Fərman Quliyevin lombardı təminatsız 1 milyon borc axtarır
-
Avqust sonu 3 bürcün həyatı dəyişəcək
-
Tarık Mengüçdə şiş aşkarlandı, xəstəxanaya yerləşdirildi - (Foto)
-
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
-
Cənubi Koreyada bir gündə 11 diş implantı qoyulan 75 yaşlı qadın öldü
-
Avropa Çempionlar Kubokunun ikiqat qalibi vəfat etdi
-
Azərbaycanda 1144 satınalma üzrə yekun protokol ləğv edilib
-
Nazir onu müdir təyin etdi
-
Hərbi xidmətə çağırılanlarla bağlı vacib açıqlama
-
Tramp niyə Türkiyəni gizli tərk edib? - Yeni detallar
-
18 yaşlı idmançı qəfil öldü
-
Təcili tibbi yardım maşınında ana oldu - (Foto)
-
Sumqayıt sakinlərinə şad xəbər - Xırdalan qatarı yenidən işləyəcək
-
"Barselona"dan PSJ-yə keçəcək





