Maraqlı

Nəhəng insanlara məxsus qədim daş balta tapıldı - FOTO

22 Oktyabr 2018 20:42
0 Şərh     Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın Kvinslend ştatının sakini Stefani Berger həyətyanı sahəsində daş balta tapıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu balta daş dövründə insanların hazırladıqları primitiv baltadır. Amma ölçüsü 2-3 dəfə böyükdür. Adi boy ölçüsü olan insan belə böyük alətdən istifadə edə bilməzdir. Ekspertlər isə baltanın sahibinin ən azı 2 metrdən hündür boya sahib olduğu qənaətinə gəliblər.

Bu zaman insanlar Avstraliyada yaşayan vəhşi insanların tarixini xatırlayıblar. Hündür boylu, tülkü bu adamlar meşələrdə yaşayırlar. Aborigenlər onları "yovi" adlandırır.

Stefani Berger baltanın qeyri-adi olduğuna inandığı üçün Karduelldə keçirilən ufoloji festivala aparıb. Festival 2014-cü ildən başlayaraq hər il keçirilir. Peşəkar ufoloqlardan başqa festivalda adi adamlar da hekayələrini danışa bilər, foto göstərə bilər və ya artefaktları nümayiş etdirə bilərlər. Stefaninin tapıntısı böyük marağa səbəb olbu.

Stefani öz sahəsində daş baltadan əlavə, digər daş alətlər də tapır. Bu alətlər də qeyri-adi ölçülərdə idi. İki daş balta çox dərinə basdırılıbmış. Reks Gilor adlı mütəxəssis baltaya baxdıqdan sonra bu baltanın boyu iki metrdən hündür olan nəhəng tərəfindən istifadə edildiyini bildirib. Ola bilər ki, bu balta yovinin olub. Adi insan belə böyük alətdən istifadə edə bilməzdi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.