Maraqlı

Keçilər insanların hisslərini anlaya bilir

16 Sentyabr 2018 19:40
1 Şərh     Baxış: 2 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elm insanları, keçilərin nə qədər ağıllı heyvanlar ola biləcəkləri haqqında apardıqları araşdırmalarda olduqca maraqlı nəticələrə rast gəldilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmaya görə keçilər, insanların üz ifadələrini anlaya bilirlər. Gülümsədiyinizdə, əsəbi baxdığınızda bu üz ifadələrinin arasındakı fərqi qəbul edə bilirlər. İşin maraqlı tərəfi, keçilər gülümsəmənizi istəyirlər.

İngiltərədə 35 keçi üzərində aparılan araşdırmada, keçilərə əsəbi və xoşbəxt insan şəkilləri və fotoşəkilləri göstərildi. Təcrübədə, keçilərin hansı üzə meyl etdiyi müşahidə edildi.

Araşdırmaya görə keçilər çox yüksək nisbətlə xoşbəxt üzə yönəldilər. Hətta keçilərin bu xoşbəxt üzlərin olduğu yerdə daha çox zaman keçirdiyi müşahidə edildi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.