Maraqlı

"Ruh" filmi haqda inanılmaz faktlar - 28 il sonra

25 İyul 2018 21:12
4 Şərh     Baxış: 15 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1990-cı ilin iyul ayında ilk dəfə təqdim olunan "Ruh" ("Ghost") filminin üstündən 28 il keçir.

Milli.Az axşam.az-a istinadən film haqda heç vaxt eşitmədiyiniz faktlar haqda məlumat verir.

Ekran işinin rejissoru Cerri Çukerdir. O, "Ruh" filminə qədər yalnız komediya çəkib. Ona görə Cerrinin belə bir film ərsəyə gətirməsi və onun uğur qazanacağı hamı üçün şübhəli idi.

Filmdə çəkilməyə bir sıra dünya ulduzları dəvət olunsa da, amma onların çoxu razılıq verməyib. Məsələn, ekran işinin əsas qəhramanı "Sem" obrazında Brüs Villis çəkilməli imiş. Lakin o, ekran işində ölmüş bir adamı canlandırmaq istəmədiyini və filmin uğur qazanmayacağını deyib. Ekran işi təqdim olunanda və böyük maraq doğuranda Brüs peşman olduğunu dilə gətirib.

"Sem" obrazı üçün daha sonra aktyor Patik Sueyziyə müraciət olunub. Onun da özünün şərtləri olub. Patrik bildirib ki, ekran işində falçı rolunda Vupi Qoldberq oynamalıdır. Əslində Sueyzi heç vaxt onunla bir filmdə çəkilməyib və tanışlığı da olmayıb. Sadəcə aktyor onun pərəstişkarı olub və həmişə onunla eyni layihədə tərəf müqabili olmağı arzulayıb.

O zaman 35 yaşı olan Vupiyə oynadığı obraz "Oskar", "Qızıl qlobus", "BAFTA" kimi makafatlar qazandırıb.

Filmin əsas obrazlarından biri "Molli"yə isə Nikol Kidman, Madonna, Kim Beysinqer, Mişel Pfayver kimi aktrisalardan birini çəkmək nəzərdə tutulsa da, sonda Demi Murun üzərində dayanılıb. Buna səbəb isə Deminin istənilən vaxt ağlaya bilməsidir. Maraqlıdır ki, Mur lazım gələrsə, ilk öncə hansı gözdən yaş axıdacağı bacarığına da sahibdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.