Youtube-nin rəqibi olaraq görülən Twitch-də yaşanan son hadisə böyük əks-səda yaradıb...
Milli.Az xəbər verir ki, canlı yayım edən bir gənc qız yayım əsnasında soyunmağa başlayıb. Qəfil üzərindəkiləri çıxaran qız yayıma bu vəziyyətdə davam edib.
Dünyanın ən böyük oyun yayım platforması olan Twitch-in başı qalmaqaldan açılmır. Bu dəfə bir istifadəçinin partisi və ortaya çıxan uyğunsuz mənzərələr qadağaya səbəb olub.
"Bile_Dani" adlı istifadəçi canlı yayımlarla oyunsevərlərin qarşısına çıxan şəxsdir. Ancaq Daninin hesabı bağlanıb artıq. Səbəbi isə yanındakı qızlarla aşırı dərəcədə spirtli içki qəbul edərək yayım etmək olub.
Əsl biabırçı mənzərə yayımın 20-ci dəqiqəsində yaşanıb. "Bile_Dani"nin ətrafındakı qızlardan biri soyunub.
Məhəmməd Vaqif
Milli.Az