Hər hansı bir işdə uğur qazanmaq istəyirsinizsə, ona başlamazdan əvvəl həyatda uğur qazanmış insanların maraqlı həyat hekəyələrini oxumaqla motivasiyanızı yüksəldə bilərsiniz.
Milli.Az kenquru.az-a istinadən bildirir ki, gəlin həyatda uğur qazanmış insanların həyat hekayələrinə nəzər salaq..
Soişiro Honda
Soişiro Honda Dünyanın ən məşhur avtomobil şirkətlərindən biri hesab olunan "Honda"nın təsisçisidir.
S.Honda bir gün Toyota şirkətində işləmək üçün müraciət edir və onu müsahibəyə çağırırlar. Lakin o, bu müsahibədən uğurla keçə bilmir və ona bildirirlər ki, o, bu iş üçün uyğun deyil. Bu hadisədən sonra o, heç də ruhdan düşmür və qərara alır ki, Toyota ilə rəqabətə girə biləcək bir şirkət yaratsın və "Honda" avtomobil şirkətini qurur.
Bu hekayədən gəldiyimiz nəticə budur ki, uğura gedən yolda heç vaxt təslim olmamalısan.
Tomas Edison
Tomas Edisonun həyat hekayəsi yəqin ki, nə vaxtsa uğursuzluğa düçar olanlar içərisində ən maraqlısıdır. Elektrik lampasını kəşf edənə qədər, bəlkə də, 100 dəfə cəhd göstərmiş, yalnız 101-ci cəhdə uğur qazana bilmişdir. Ondan soruşanda ki, hər dəfə uğursuz cəhddən sonra necə davam edə bilirdiniz, sualına cavab olaraq T.Edison bildirmişdir: " Hər dəfə etdiyim cəhd işə yaramayanda mən elektrik lampasının kəşfi üçün yeni bir işə yaramayan yol tapırdım".
Bil Qeyts
Hər kəsin bildiyi kimi, Bil Qeyts hal-hazırda yaşadığımız dövrün ən qabaqcıl şəxslərindən biri, bununla yanaşı, Microsoft şirkətinin qurucusudur. Lakin siz bilirdinizmi ki, onun qrafik interfeys və maus-dan ibarət komputer yaratmaq ideyası dövrünün mühim şirkətlərindən birinə təqdim olunarkən rədd edilmişdir? Hətta bəzi insanlar bildirirlər ki, bu böyük layihənin kağızlarını onun üzünə çırpıblar. Ancaq bununla belə, o, bu gün Bil Qeytsdir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin