Dünyanın ən gənc və ən yaşlı məhkumları - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzən yeniyetməlik yaşlarında törədilən cinayətin nəticələri o qədər ağır olur ki, femida həmin şəxsə qarşı ən sərt qərarları qəbul edir. Son illərdə Qərb ölkələrində yeniyetmə, hətta 11-12 yaşlarında uşaqların törətdikləri ağır cinayətə görə ömürlük həbs cəzasına layiq görüldükləri məlumdur.
Milli.Az modern.az-a istinadən bildirir ki, məsələn, ABŞ-ın Pensilvaniya ştatındakı Lorens şəhərində 2009-cu ilin fevralında 11 yaşlı Cordan Braun törətdiyi ağır cinayətə görə ömürlük həbs cəzası almışdı.
Belə ki, o, həmin gün hamiləliyinin 9-cu ayında olan analığı Kenzi Hoeki atasının tüfəngindən atəş açaraq qətlə yetirmişdi.
Ştatın cinayət qanunvericiliyi Cordan Braunu cinayətin soyuqqanlı törədilməsinə görə yetkinlik yaşına çatmış şəxs kimi mühakimə olunmasına qərar verdi. 11 yaşlı Braun 2 dəfə ömürlük azadlıqdan məhrum olunub. O heç zaman azadlığa çıxa bilməyəcək.
Qeyd etmək lazımdır ki, əgər Braun yetkinlik yaşına çatmamış şəxs kimi mühakimə olunsaydı o, 10 il müddətinə azadlıqdan məhrum olunacaqdı.
ABŞ BMT-nin uşaqların müdafiəsi ilə bağlı konvensiyasını ratifikasiya etməyən 2 ölkədən biri olduğu üçün məhkəmənin ömürlük həbs cəzası heç bir beynəlxalq konvensiyanı pozmur.
2011-ci ilin martında Florida ştatının Ceksonvil şəhərində baş verən cinayət də ABŞ femidasının sərtliyini isbat etdi. Belə ki, 2 yaşlı qardaşını ölümcül döyərək öldürən 12 yaşlı Kristian Fernandes də məkhəmənin qərarı ilə yetkinlik yaşına çatmış şəxs kimi ömürlük azadlıqdan məhrum olunmuşdu. Baş prokuror Anjela cəmiyyəti Kuri Fernandes kimi soyuqqanlı və amansız cinayətkardan qorumaq üçün onu böyüklərin məhkəməsində mühakimə etidklərini deyib. Nəticədə 12 yaşlı Fernandes ömürlük həbs cəzası alıb.
ABŞ-ın əksər ştatları vətəndaşlarını 10 yaşından başlayaraq cinayət məsuliyyətinə cəlb edir. İsveçrə və Böyük Britaniyada da analoji qanun qüvvədədir.
Avropa Birliyi ölkələrində isə cinayət məsuliyyətinə 13 yaşdan başlayaraq cəlb olunurlar.
Ən yaşlı məhbuslara gəlincə, tarixdə ən yaşlı məhbus avstraliyalı Billi Uolles (1881-1989) olub. Belə ki, 1925-ci ilin dekabrında Melburq şəhərində restoranların birində müştərini öldürən Uolles psixi problemləri olduğu üçün Ararat şəhərindəki psixiatrik xəstəxanaya yerləşdirilmişdi. O, 1989-cu ilin iyulun 17-də 108 yaşını qeyd etməyə 1 ay qalmış həmin xəstəxanada keçinib.
Bu yaxınlarda isə Yaponiya ən yaşlı məhbus Takesiqe Xamada vəfat edib. 91 yaşlı məhbus 1968-1970-ci illər ərzində törətdiyi 3 qətl hadisəni görə ölüm cəzasına məhkum edilmişdi. Lakin çoxsaylı appelasiyalar onun 47 il ərzində edam olunmasına mane olub. Xamada 2017-ci il iyulun 26-da həbsxanada keçinib.
ABŞ-da isə 80 yaşlı Cozef Liqon həbsxanada keçirdiyi illərin sayına görə vurub. 16 yaşı olarkən 2 nəfəri bıçaqlayaraq qətlə yetirən qararədili gənc 67 ildir ki, həbsxanada cəza çəkir. ABŞ məhkəməsi onu 2016-cı ildə əfv etsə də, həbsxananı tərk etməkdən imtina edib və özünə bəraət istəyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)
-
Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
-
“Çalıkuşu”nun kiçik “Fəridə”si illər sonra - (Video)
-
Harri Keyn “Bavariya” ilə yeni müqavilə imzaladı
-
Mustafa Sandalın yeni görünüşü diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)
-
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi
-
23 tondan çox dondurulmuş hind quşu əti məhv edildi
-
“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı
-
İsmayıl Qartala İrandan rəsmi təklif
-
Ziraat Bank Azərbaycan - maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!





