ABŞ-ın sabiq, 44-cü prezidenti Barak Obama və onun xanımı, 53 yaşlı Mişel Obama İtaliyanın Toskana vilayətindəki Siena şəhərində istirahətdədirlər.
Milli.Az ABC-yə istinadən bildirir ki, onlar Sieanı dolaşandan sonra dünən Florensiya şəhdərinə getmişdilər. Sienadakı gəzinti əsnasında Mişel Obamanın əynində xaki rəngli şalvar və çiyinləri açıq top vardı.
Onlar istirahət əsnasında qolf oynayıblar, velosiped gəzintisinə də çıxıblar. Bu zaman Barak Obama İtaliyada yeganə özəl qolf klubu olan "Castiglion del Bosco"ya yollanmışdı.
Barak və Mişel Obamalar Sienanın yaxınlığındakı kiçik Borqo Finoçyeto kəndində, qədim villada qalırlar. Polislərlə karabinyerlərin üzük qaşı kimi əhatəyə alaraq qoruduqları bu villada 22 yataq otağı var.
Villa Florensiya şəhərindən 60 km aralıdadır və sahəsi də 6 hektardır.
Barak və Mişel Obamalar villanı tərk edəndə 13 avtomobildən ibarət maşın karvanında hərəkət edirlər.
Barak Obama dünən villada şam yeməyi yeyərkən gərnəşib və "Oxxay, əladır!" deyib.
Milli.Az